Bank Of Baku

Azərbaycanda 3 min hemofiliyalı xəstə var

Azərbaycanda 3 min hemofiliyalı xəstə var
# 09 fevral 2007 09:35 (UTC +04:00)
Ümumdünya Hemofiliya Federasiyası Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə birgə “Hemofiliyanın diaqnostikası və keyfiyyətli qayğı” mövzusunda beynəlxalq konfrans keçirib. APA-nın məlumatına görə, Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru Azad Hacıyev bu xəstəliklə mübarizə məqsədilə 2005-ci ildə qanun qəbul olunduğunu xatırladıb: “2006-cı il yanvarın 18-də isə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarı olub. Qanunda bu sahəyə ayrılan vəsaitin hər il 5% artırılması nəzərdə tutulub”. Respublikanın baş hematoloqu Çingiz Əsədov bildirib ki, hemofiliya xəstəliyinin müalicəsi var, amma hələlik Azərbaycanda bu, mümkün deyil: “Yaxın vaxtlarda yeni mərkəzin tikintisinə başlanacaq və 2-3 ilə yekunlaşacaq. Bundan sonra ölkəmizdə xəstələrin müalicəsinə nail ola biləcəyik”. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova xəstəliklə mübarizə sahəsində görülən işlərdən danışıb: “Azərbaycanda hemofiliya “A” xəstələrinin sayı 792, hemofiliya “B” xəstələrinin sayı 20, xəstəliklə əlaqədar əlillik dərəcəsi alanların sayı isə 134 nəfərdir. Ölkəmizdə bu xəstəliyin daşıyıcısı olan 3 min adam var. Assosiasiya dövlətin dəstəyi ilə bu günə qədər xəstələri lazımi preparatlarla təmin edib. Bundan sonra bu məsələ dövlət tərəfindən mərkəzləşdirilmiş şəkildə həyata keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR