Bank Of Baku

Türkiyədə “quş qripi” yayılıb

Türkiyədə “quş qripi” yayılıb
# 09 fevral 2007 09:35 (UTC +04:00)
Türkiyənin Batman rayonunda “quş qripi” virusu aşkarlanıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, ölkənin Kənd Təsərrüfatı Nazirliyi Batmanın Boğazköy kəndində kütləvi tələf olan ev quşlarından götürülən nümunələri analizə göndərib. Aparılan analizin nəticəsində toyuqların “quş qripi”ndən öldüyü müəyyənləşib. Bundan sonra Boğazköy ətrafındakı 10 kilometrlik məsafədə karantin elan edilib. Boğazköy, Rüzgarlı və Aydınlı kəndlərində ev quşlarının məhv edilməsinə başlanılıb. Bundan başqa, Boğazköydə qrip olan 4 uşaqdan götürülən qan nümunələri analiz üçün Ankaraya göndərilib. Hazırda uşaqlar xəstəxanada nəzarət altında saxlanılır.
Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bu gündən Türkiyədən quş ətinin idxalına qadağa qoyub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR