Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında içməli suda yod çatızmazlığını nəzərə alan Yunanıstan hökuməti ölkəmizə yodlaşdırılmış duz göndərəcək

Azərbaycanın bəzi rayonlarında içməli suda yod çatızmazlığını nəzərə alan Yunanıstan hökuməti ölkəmizə yodlaşdırılmış duz göndərəcək
# 09 fevral 2007 09:50 (UTC +04:00)
Yunanıstan Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın şimal-qərb bölgəsində yeni layihə həyata keçiriləcək. Layihənin koordinatoru Nərgiz Əsədovanın APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, Azərbaycanın şimal-qərb rayonlarında içməli suda yod çatızmazlığını nəzərə alan Yunanıstan hökuməti Azərbaycana xüsusi laboratoriyalarda hazırlanmış yodlaşdırılmış duz göndərəcək. Yodlaşdırılmış duz bölgədəki məktəblər vasitəsilə ailələrə paylanacaq. N. Əsədova layihənin bir il davam edəcəyini, hər üç aydan bir çəkisi 1 kq olan duzun ailələrə paylanacağını deyib. Layihə bölgədəki 120 min şagirdi və 50 minə yaxın ailəni əhatə edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR