Bank Of Baku

Bakıda cinayət törədən Rusiya vətəndaşı saxlanılıb

Bakıda cinayət törədən Rusiya vətəndaşı saxlanılıb
# 09 fevral 2007 10:22 (UTC +04:00)
Bakının Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş Semyon Abdiyevi saxlayıblar. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, S. Abdiyev Bakı şəhər sakini Gülnar Seyidovaya qarşı zor tətbiq edərək onun mobil telefonunu almaqda təqsirləndirilir. S. Abdiyevin cari ilin yanvar ayında Bakı şəhər sakinləri Ülviyyə Teymurova və Gülü Nağıyevaya qarşı zor tətbiq edərək içərisində mobil telefonları, pulları və şəxsi sənədləri olan çantalarını alması da müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR