Bank Of Baku

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
# 19 iyun 2026 14:44 (UTC +04:00)

Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında Fərman imzalayıb.

APA xəbər verir ki, Fərmana əsasən “Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

Fərmanla müəyyən edilib ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən ödənişin 50 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilir.

Bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiya bu Fərman qüvvəyə mindikdən sonra elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2027-ci il yanvarın 1-dən qüvvəyə minir və 2030-cu il dekabrın 31-dək qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR