Bank Of Baku

Quba sakinin evindən silah-sursat və vəhhabiliyi təbliğ edən ədəbiyyat tapılıb

Quba sakinin evindən silah-sursat və vəhhabiliyi təbliğ edən ədəbiyyat tapılıb
# 09 fevral 2007 10:25 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Quba rayon şöbələrinin birgə əməliyyat tədbirləri nəticəsində rayonunun Püstə-Qasım kənd sakini Qeybulla Məmmədovun evindən xeyli silah-sursat tapılıb. Quba rayon Polis Şöbəsindən
APA-nın şimal bürosuna verilən məlumata görə, Q. Məmmədov təxminən bir ay əvvəl qardaşını döydüyünə görə həbs olunub. Sonradan əməliyyat məlumatları əsasında onun qanunsuz silah saxladığı məlum olum. Keçirilən axtarış tədbirləri nəticəsində Q. Məmmədovun həyətindən bir ədəd avtomat, iki ədəd avtomat sandıqçası, iki ədəd F-1 əl qumbarası, xeyli patron və digər silahlar tapılıb. Axtarış zamanı Q. Məmmədovun evindən vəhhabiliyi təbliğ edən dini ədəbiyyat, audio və video kasetlər də müsadirə olunub. Onun Dağıstan və Çeçenistanda təlim keçdiyi, Gürcüstanın Pankis dərəsində döyüşdüyü ,2001-ci ildə Azərbaycanın Zaqatala rayonunda baş vermiş hadisələrdə iştirak etdiyi ehtimal olunur. Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR