Bank Of Baku

Narkotik maddə alverçiləri yaxalanıb

Narkotik maddə alverçiləri yaxalanıb
# 09 fevral 2007 10:34 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Corat qəsəbə sakini Mirzə Quliyev 5,442 qram heroini satarkən tutulub. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, idarənin əməkdaşları Abşeron rayon sakini Kamran Ağayevdən 0,239 qram, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əliislam İsmayılovdan 0,272 qram, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Abdulla İbrahimovdan 0,196 qram, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Əhmədovdan 0,236 qram, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları Maştağa qəsəbə sakini İxtiyar Quliyevdən 0,321 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aleksandr Ovçarenkodan 34,8 qram marixuana götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR