Bank Of Baku

AFFA Sergey Sokolovun işi ilə əlaqədar UEFA-ya məktub göndərib

AFFA Sergey Sokolovun işi ilə əlaqədar UEFA-ya məktub göndərib
# 09 fevral 2007 10:56 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandamızın və “Qarabağ” klubunun müdafiəçisi Sergey Sokolovun UEFA Nizam-İntizam Komitəsinin (NİK) qərarı ilə uzun müddətə diskvalifikasiya edilməsinə görə, qitə futbol qurumunun Apelyasiya Komitəsinə şikayət etməyəcək. Buna baxmayaraq, AFFA rəsmiləri UEFA-ya məktubla müraciət edib. “APA-Sport” agentliyinin məlumatına görə, məktubda S.Sokolovun qanında qadağan olunmuş dərman preparatı aşkarlandığı üçün kəsilən 8 min İsveçrə frankı cərimənin nəyə əsasən AFFA-nın ödəməli olması məsələsinə aydınlıq gətirilməsi istənilir. Həmin məbləğin AFFA, “Qarabağ” və ya futbolçunun özü tərəfindən ödəniləcəyi hələlik müəyyənləşmədiyindən, AFFA UEFA-ya göndərdiyi müraciətində S.Sokolovun 18 ay müddətə cəzalandırılmasına görə, kimin məsuliyyət daşıdığını açıqlamağı xahiş edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR