Bank Of Baku

Fənn olimpiadalarının respublika turu martın 17-də Bakıda keçiriləcək

Fənn olimpiadalarının respublika turu martın 17-də Bakıda keçiriləcək
# 09 fevral 2007 11:01 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov “2007-ci ildə fənn olimpiadalarının respublika turunun keçirilməsi haqqında” əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmrə əsasən fənn olimpiadalarının respublika turunun martın 17-də Bakıda keçirilməsi nəzərdə tutulur. Olimpiada Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə keçiriləcək. İnformatika fənni üzrə olimpiadanın yekun turunun Bakı Dövlət Universitetində, digər fənlər üzrə isə şagirdlərin yerləşdiyi təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulub. Əmrdə həmçinin olimpiadanın təşkili ilə əlaqədar müvafiq şəxslərə tapşırıqlar da yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR