Bank Of Baku

Bərdə rayonunun bir qrup sakini etiraz aksiyası keçirib

Bərdə rayonunun bir qrup sakini etiraz aksiyası keçirib
# 09 fevral 2007 11:23 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, aksiyaya 140-a qədər ailə qoşulub. Sakinlər bir aydan artıqdır ki, içməli suları olmadığını, müraciət etdiklərini aidiyyatı orqanlardan isə heç bir müsbət cavab almadıqlarını bildiriblər. Rayon rəhbərliyindən aksiya keçirən sakinlərin qarşısına kimsə çıxmayıb.
Bərdə rayon Paylayıcı Elektrik Şəbəkəsindən isə APA-nın Qarabağ bürosuna bildirilib ki, sakinlərin susuz qalmasına səbəb küçəni su ilə təchiz edən artezan quyusunun elektrikinin kəsilməsidir: “Artezan quyusuna gələn elektrik xətti yaxınlıqdakı pambıqtəmizləmə zavodu ilə paralel çəkilib. Zavodun işıq pulu borcu olduğuna görə, elektrik xətləri kəsilib”.
Bərdə rayon Paylayıcı Elektrik Şəbəkəsindən onu da bildiriblər ki, iki gün ərzində artezan quyusuna elektrik xətti çəkilərək, problem həll olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR