Bank Of Baku

Sabiq hərbi hissə komandiri Elxan Hüseynovun apellyasiya şikayəti təmin olunmayıb

Sabiq hərbi hissə komandiri Elxan Hüseynovun apellyasiya şikayəti təmin olunmayıb
# 09 fevral 2007 11:25 (UTC +04:00)
Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq komandiri Elxan Hüseynov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən şikayətə baxılıb. E. Hüseynovun vəkili Əlibaba Rzayevin APA-ya verdiyi məlumata görə, Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Sabiq komandir Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 311-ci (rüşvət alma), 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə), 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma, və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunur. O, komandiri olduğu hərbi hissədə xidmət edən əsgər Teymur İsmayılovu özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR