Bank Of Baku

Bakıda “Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda konfrans və təlim kursu keçiriləcək

Bakıda “Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda konfrans və təlim kursu keçiriləcək
# 10 fevral 2007 09:51 (UTC +04:00)
Bu barədə APA-ya MBAM-ın rəhbəri Leyla Əliyeva məlumat verib. Təlim kursu və konfrans ATAM-ın “Starlink” proqramı çərçivəsində həyata keçiriləcək. Tədbirdə Azərbaycan hərbi və təhlükəsizlik qurumlarının nümayəndələri, dövlət rəsmiləri, parlament üzvləri, QHT nümayəndələri və beynəlxalq təhlükəsizlik ekspertlərinin iştirakı planlaşdırılır. Konfransda “Azərbaycanda müdafiə sisteminin islahatı və təhlükəsizlik sektoruna demokratik nəzarət”, “Azərbaycan ilə NATO arasında münasibətlər: PfP əməkdaşlıq və islahat vasitəsi kimi”, “Təhlükəsizlik sektorunun quruluşu və mədəniyyəti”, “Təhlükəsizlik sektorunun düzgün idarə edilməsi”, “Demokratik cəmiyyətdə təhlükəsizlik sektoru” və “Müdafiə personalının hüquq və azadlıqları” mövzuları üzərində müzakirələr aparılacaq. Tədbirdə Niderlandın Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzinin icraçı direktoru Səmi Faltas, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Niderlandın keçmiş müdafiə naziri və parlament üzvü Vim van Eekelenin, NATO-nun Azərbaycan üzrə koordinatoru Lorenz Meyer-Minnemann, Macarıstanın Hərbi Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Zoltan Szenes və digərlərinin iştirakı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR