Bank Of Baku

Ombudsman MTN-in təcridxanasında sabiq nazirlərlə görüşüb

Ombudsman MTN-in təcridxanasında sabiq nazirlərlə görüşüb
# 13 fevral 2007 17:04 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında sabiq nazirlər Fərhad Əliyev, Əli İnsanov, “Azpetrol” Şirkətinin sabiq rəhbəri Rafiq Əliyevlə görüşüb. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, sabiqlər saxlanılma şəraitindən şikayətləri olmadığını, təcridxanada onlara qarşı qeyri-qanuni rəftara, hər hansı zorakılığa yol verilmədiyini bildiriblər. F. Əliyev istintaqın uzadılmasından narazılığını, ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu, müstəntiqlər tərəfindən qanunverciliyinin tələblərinin pozulduğunu, vəkillərdən birinin əsassız olaraq işdən kənarlaşdırıldığını bildirib. Eyni zamanda o, səhhətinin qənaətbəxş olmadığını söyləyərək, stasionar rejimdə öz həkimi tərəfindən müayinə olunmasına imkan yaradılmasını xahiş edib.
Ə. İnsanov da səhhətindən şikayətlənib və stasionar şəraitdə müayinə və müalicənin təşkil olunmasında köməklik göstərilməsini Ombudsmandan xahiş edib. Eyni zamanda o, barəsindəki cinayət işinə məhkəmədə ədalətlə baxılacağına ümid etdiyini bildirib.
Ombudsman qaldırılmış problemlərlə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin rəhbərləyinə müraciət edib. MTN-dən sabiq nazirlərin öz istəkləri ilə həkim müayinəsindən keçirildiyi və hazırda onların stasionar şəraitdə müalicəsinə ehtiyac olmadığı bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR