Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları Mirzə Sakitlə görüşüblər

Ombudsman Aparatının əməkdaşları Mirzə Sakitlə görüşüblər
# 13 fevral 2007 17:05 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) tapşırığı ilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə (CM) baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhkumlar saxlanılma şəraitindən narazı olmadıqlarını, onlara qarşı qeyri-qanuni və ya kobud rəftara yol verilmədiyini qeyd ediblər. 14 saylı CM-də digər məhkumlarla yanaşı, “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidovla (Mirzə Sakit) da görüş keçirilib. O, saxlanılma şəraitindən, əməkdaşların rəftarından şikayətinin olmadığını, ailəsi ilə görüş üçün lazımi şəraitin yaradıldığını, barəsində olan məhkəmə qərarından Ali Məhkəməyə kasasiya şikayəti verildiyini bildirib. S.Zahidov müəssisədə ağır işlərə cəlb olunması kimi xəbərlərin həqiqətə uyğun olmadığını, onun üçün digər məhkumlarla eyni şərait yaradıldığını diqqətə çatdırıb. O, müəssisənin kitabxanasından mütəmadi istifadə etdiyini, klubda quraşdırılmış televizordan xəbər və məlumatlar aldığını bildirib. S.Zahidov əməkdaşı olduğu “Azadlıq” qəzetini almaq arzusunda olduğunu bildirib. Onun xahişi Müvəkkil tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə çatdırılıb və məsələ həllini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR