Bank Of Baku

Zaqatala sakini özünü yaşadığı mənzilin balkonundan ataraq intihar edib

Zaqatala sakini özünü yaşadığı mənzilin balkonundan ataraq intihar edib
# 14 fevral 2007 09:22 (UTC +04:00)
Ötən gün Zaqatala şəhərində intihar hadisəsi baş verib. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dünən günorta saatlarında Zaqatala şəhəri, Sülh küçəsində yaşayan 1973-cü il təvəllüdlü Elnur Abakarov yaşadığı binanın mənzilinin balkonundan özünü ataraq intihar edib. E. Abakarovun valideynləri onu təcilli rayon mərkəzi xəstəxanasına çatdırıblar. Lakin özünü beşinci mərtəbədən atmış E. Abakarovun həyatını xilas etmək mümkün olmayıb və o, aldığı zədədən dünyasını dəyişib. RPŞ-dən verilən məlumata görə, E. Abakarov əvvəllər məhkum olunub, uzun müddətdir ki, əsəb xəstəsi imiş. Faktla bağlı rayon prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR