Bank Of Baku

Azərbaycanda “Dövlət xərcləri, maliyyə hesabı və hesabatı mexanizmi”nin qiymətləndirilməsinə apreldə başlanacaq

Azərbaycanda “Dövlət xərcləri, maliyyə hesabı və hesabatı mexanizmi”nin qiymətləndirilməsinə apreldə başlanacaq
# 14 fevral 2007 09:46 (UTC +04:00)
Bu ilin yanvarında Azərbaycan Maliyyə Nazirliyinin sorğusu ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Katibliyi (SECO) tərəfindən “Dövlət xərcləri, maliyyə hesabı və hesabatı mexanizmi”nin qiymətləndirilməsinə yönəldilmiş yeni texniki yardım layihəsi təsdiqlənib və SECO Dünya Bankı ilə birlikdə beynəlxalq konsaltinq şirkətinin seçilməsi üzrə tender prosesinə başlayıb. Bu barədə APA-ya SECO-nun Cənubi Qafqaz və Azərbaycan üzrə nümayəndəliyindən məlumat verilib. Layihənin birinci hissəsininin qiymətləndirilməsi 2007-ci ilin aprelində həyata keçiriləcək.
Layihənin məqsədi Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsi sisteminin zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi, gələcəkdə yenidən qurulması lazım gələn sahələrin aşkar edilməsi üçün onların yerinə yetirilməsinə müvafiq olaraq obyektiv qiymətləndirilməsidir. Bundan başqa, layihə dövlət maliyyəsinin idarə edilməsi sisteminin möhkəmləndirilməsi və sağlam fiskal mühitin təmin edilməsinə yönəldilən islahatlar strategiyasını formalaşdırmağa imkan verəcək, hökumətin beynəlxalq maliyyə institutları ilə münasibətlərinin möhkəmləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, Maliyyə Nazirliyi layihənin birbaşa benefisiarı və qiymətləndirmə prosedurunun əlaqələndiricisidir. Nazirlik, öz növbəsində, layihənin uğurla həyata keçirilməsi üçün qiymətləndirmə prosesində iştirak edəcək nazirlik əməkdaşlarının ayrılması, layihə məsləhətçilərinə direktiv və zəruri informasiyanın verilməsi, özünüqiymətləndirmə prosesinin 2007-ci ilin may ayınadək başa çatdırılması kimi lazımi tədbirlər görməyə razılıq verib. Dövlət maliyyəsinin idarə edilməsi sisteminin icmalı və qiymətləndirilməsi üzrə yekun hesabat elan ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR