Bank Of Baku

Balakən rayonunda narkotik maddə satışı ilə məşğul olan ün nəfər həbs edilib

Balakən rayonunda narkotik maddə satışı ilə məşğul olan ün nəfər həbs edilib
# 14 fevral 2007 09:54 (UTC +04:00)
Balakən rayonunda narkotik maddə satışı ilə məşğul olan ün nəfər həbs edilib. Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, RPŞ-nin narkotik maddələrə qarşı mübarizə aparan qrupun keçirdiyi əməliyyat tədbiri zamanı rayonun Tülü kənd sakini, 1975-ci il təvəllüdlü Rəşidov Elçin Məhəmməd oğlunun yaşadığı mənzildə 78 q qurudulmuş marixuana aşkarlanaraq götürülüb. İlkin istintaq zamanı E.Rəşidov narkotik maddənin satış məqsədi ilə mənzilində saxladığını bildirib. Faktla bağlı E.Rəşidov barəsində Cinayət Məcəlləsinin 234-ü maddəsi ilə cinayət işi qaldırılıb və araşdırma aparılır. RPŞ-dən o da bildirilib ki, əməliyyat qrupunun keçirdiyi digər əməliyyat zamanı rayonun Qazma kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Rasim Siracəddin oğlunun üstündən 64 q qurudulmuş marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı R.Əliyev narkotik maddəni özü istifadə etmək üçün saxladığını və 1959-cu il təvəllüdlü rayonun Talalar kənd sakini Hacıyev İmran İbrahimxəlil oğlundan aldığını qeyd edib. Hər iki şəxs barədə CM-in 234.4 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR