Bank Of Baku

Respublika Hərbi Prokurorluğunda “Etimad xətti” fəaliyyətə başlayıb

Respublika Hərbi Prokurorluğunda “Etimad xətti” fəaliyyətə başlayıb
# 14 fevral 2007 09:59 (UTC +04:00)
Respublika Hərbi Prokurorluğunda “Etimad xətti” fəaliyyətə başlayıb. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi hissələrdə və hərbi təhsil müəssisələrində nizamnamədən kənar münasibətlər zəminində baş verən neqativ halları aşkara çıxarmaq, hüquqları pozulmuş hərbi qulluqçuların hüquqlarının müdafiəsi, onların ərizə və şikayətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədilə açılan “Etimad xətti” sutka ərzində fəaliyyət göstərəcək. Hüquqları pozulmuş hərbi qulluqçular və vətəndaşlar 493 46 83 və 449 45 72 nömrəli telefonlara zəng edərək, onları narahat edən məsələlər barədə məlumat verə bilərlər. Qeyd edək ki, “Etimad xətti” ərazi hərbi prokurorluqlarında da fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR