Bank Of Baku

BVF-nin Azərbaycan üzrə icraçı direktoru Bakıya gəlib

BVF-nin Azərbaycan üzrə icraçı direktoru Bakıya gəlib
# 14 fevral 2007 10:01 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının bu gün Bakıya səfəri başlayıb. BVF-nin Azərbaycandakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, BVF-nin Azərbaycan üzrə icraçı direktoru Tomas Mozer, Yaxın Şərq və Orta Asiya Departamentinin direktor müavini Lorenso Perez, fondun Azərbaycan üzrə missiyasının rəhbəri Vitali Kramarenko və iqtisadçıların təmsil olunacağı nümayəndə heyəti artıq günün birinci yarısında Maliyyə Nazirliyində və Dövlət Statistika Komitəsində görüşlər keçirib. Gün ərzində İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Milli Bankında, “Bank Standard” Kommersiya Bankında və Ümumdünya Ticarət Təşkilatının Bakıdakı nümayəndəliyində də görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Maddə IV üzrə təşkil olunan bu səfərdə məqsəd 2006-cı ilin makroiqtisadi nəticələri və 2007-ci ilin orta müddəti üçün perspektivi və iqtisadi siyasəti müzakirə etməkdir.
Fevralın 28-dək davam edəcək səfər çərçivəsində missiyanın Prezidentin İcra Aparatında, Nazirlər Kabinetində, Vergilər Nazirliyində, Dövlət Neft Şirkətində, Dövlət Neft Fondunda, Dövlət Sosial Müdafiə Fondunda, Bakı Fond Birjasında, Hesablama Palatasında, “BP-Azerbaijan” şirkətində, “Bank of Baku”, “UniBank” və s. kommersiya banklarında görüşləri planlaşdırılıb.
Xatırladaq ki, BVF-nin sonuncu missiyası ötən ilin sentyabr ayında Azərbaycana səfər edib və 2007-ci ilin dövlət büdcəsinin layihəsi, makroiqtisadi siyasətin baza prinsipləri üzrə hökumətlə məsləhətləşmələr aparıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR