Bank Of Baku

İki cəzaçəkmə müəssisələrində məhbuslardan narkotik maddə aşkarlanıb

İki cəzaçəkmə müəssisələrində məhbuslardan narkotik maddə aşkarlanıb
# 14 fevral 2007 10:16 (UTC +04:00)
6 və 9 saylı Cəzaçəkmə Müəssisələrində (CM) cəza çəkən iki məhbusdan narkotik maddə aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 6 saylı CM-də cəza çəkən Qədim Abbasovdan 0,207 qram, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Adil Babayevdən isə 2,880 qram heroin götürülüb. Bundan başqa, İran İslam Respublikasının vətəndaşı Dayus Şüküru Əbdülfəzidən 0,88 qram tiryək, axtarışda olan Ağa Vəliyevdən 0,213 qram heroin, Fərman Soltanovdan 0,182 qram heroin, İlham Səfərovdan 0,86 qram tiryək, Rövşən Həsənovdan 2 kq 710 qram marixuana və Vüqar Qurbanovdan 0,244 qram heroin aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR