Bank Of Baku

Azərbaycan Milli Bankı fəaliyyətə başlamasının 15 illiyini qeyd edir

Azərbaycan Milli Bankı fəaliyyətə başlamasının 15 illiyini qeyd edir
# 14 fevral 2007 10:16 (UTC +04:00)
Azərbaycan Milli Bankı (AMB) bu həftə fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. AMB-dən APA-ya verilən məlumata görə, bununla bağlı həftə ərzində bank rəhbərliyinin və işçilərinin iştirakı ilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Artıq dünən dövlət başçısının fərmanı ilə AMB-nin bir qrup işçisinə tərəqqi medalı verilib.
Qeyd edək ki, Azərbaycan Milli Bankı ölkə prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazasında yaradılıb. Artıq 1992-ci ilin avqustun 7-də “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunu ilə yanaşı “Azərbaycan Respublikasının Milli Bankı haqqında” qanun da qəbul olunub. Həmin ayın 15-də ölkənin milli valyutası - manat tədavülə buraxılıb, dekabrın 1-də isə Milli Məclis “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR