Bank Of Baku

Nərimanov sakini Bakı şəhər İcra Hakimiyyətinin başçısı adından saxta sərəncam hazırlayıb

Nərimanov sakini Bakı şəhər İcra Hakimiyyətinin başçısı adından saxta sərəncam hazırlayıb
# 14 fevral 2007 10:17 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyətinin başçısının adından saxta sərəncam hazırlayan Nərimanov rayonu, H.Seyidbəyli küçəsi, 21, mənzil 9 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü İlham Hüseynovun əməlləri ilə bağlı cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, İ. Hüseynov Dərnəgül qəsəbəsi, 2004-cü məhəllədə yerləşən 18 sot torpaq sahəsinin Bayram Adıgözəlova verilməsi barədə şəhər merinin adından 02.08.06 tarixli 438 saylı saxta sərəncam hazırlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hələlik İ. Hüseynov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə və həbs qərarı çıxarılmayıb. İstintaq zamanı onun əməlində hər hansı ağır cinayət tərkibi müəyyənləşdirilərsə, İ. Hüseynovun həbsi istisna olunmur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR