Bank Of Baku

Dövlət İqtisad Universitetində talassemiyalı xəstələrə yarım məqsədilə qanvermə aksiyası keçirilib

Dövlət İqtisad Universitetində talassemiyalı xəstələrə yarım məqsədilə qanvermə aksiyası keçirilib
# 14 fevral 2007 10:45 (UTC +04:00)
Səbayel rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi məqsədi ilə qanvermə aksiyasına start verilib. İlk belə aksiya Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Bu məqsədlə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə universitetin tibbi məntəqəsində səyyar qan köçürmə laboratoriyası işə başlayıb və Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun mütəxəssisləri bu prosesə cəlb olunub. Təbirin açılış mərasimində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyli, Səbayel rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova çıxış edərək bu aksiyanın nə qədər vacib və əhəmiyyətli olduğunu vurğulayıblar. Adı çəkilən şəxslər ilk qan verən donorlar sırasında olublar. Keçirilən aksiya zamanı 100-dən artıq tələbə qanvermə aksiyasında iştirak edib. Bu aksiya Səbayel rayonunun digər ali təhsil müəssisələrində və rayonda yerləşən bir sıra idarə və təşkilatlarda da davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR