Bank Of Baku

Bu ilin II rübündə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürücülük gücü sutkada 1 mln. barelə çatdırılacaq

Bu ilin II rübündə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürücülük gücü sutkada 1 mln. barelə çatdırılacaq
# 14 fevral 2007 10:51 (UTC +04:00)
Bu il Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin ümumi əsaslı məsrəfləri 138 mln. dollara çatacaq. APA-nın məlumatına görə, bunu “BP-Azerbaijan” şirkətinin prezidenti Bill Şreyder deyib.
B.Şreyder bildirib ki, ötən il ərzində boru kəmərinə doldurulan neft və maliyyələşdirmə xərcləri də daxil olmaqla BTC-nin əsaslı məsrəfləri 920 mln. dollar təşkil edib: “Kəmər mayın sonunda neftlə doldurulduqdan sonra ötürücülüyü obyektlər və nasos stansiyaları işə salındıqca mütəmadi olaraq artıb. Bu günədək BTC-nin ən yüksək ötürücülüyü fevralda - 600 min bareldən artıq olub”.
B.Şreyderin sözlərinə görə, ötən ilin iyun ayında Ceyhandan neftlə yüklənmiş ilk tanker yola salınandan bəri BTC ilə 73 mln. barel (9,8 ton) xam neft ixrac olunub. Bu boru kəməri ilə hazırkı neft ixracı nəzərdə tutulan göstəricini qabaqlayır və kəmər 2008-ci ilin sonunda gündə 1 mln. barel (ildə təqribən 50 mln. ton) neft ötürmək planını qoruyub saxlayır.
“Hazırda nasos stansiyalarının qazla işlənməsinə diqqət yetirilir ki, bu ilin II rübündə boru kəməri layihə ötürücülük gücünə çataraq sutkada 1 mln. barel neft nəql edə bilsin. Maksimum ötürücülük gücü ilə Ceyhan terminalından gündə 1-2 tanker yola salınacaq”, - deyə qeyd edən şirkət rəhbəri əlavə edib ki, kəmərlə ilkin olaraq yalnız “Azəri-Çıraq-Günəşli” nefti daşınsa da, “Şahdəniz” yatağından əldə olunan ilk kondensat bu ilin yanvar ayında boru xəttinə vurulub. Gələcək həcmlərin 2007-ci ilin sonunda Xəzərin digər sahilindən gəlməsinin mümkün olan həcmləri əhatə edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR