Bank Of Baku

Bakı Dərin Özüllər Zavodu qaynaq elektrodlarının istehsalını bərpa edib

Bakı Dərin Özüllər Zavodu qaynaq elektrodlarının istehsalını bərpa edib
# 14 fevral 2007 10:59 (UTC +04:00)
H.Əliyev adına Bakı Dərin Özüllər Zavodu 5 illik fasilədən sonra qaynaq elektrodlarının istehsalını bərpa edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən APA-ya verilən məlumata görə, zavod istehsalını ildə 2 min tona çatdırmağı nəzərdə tutub. Fevral ayında yeni məhsulun 30 ton həcmində ilk partiyası buraxılıb. Bunun 15 tonu zavod tərəfindən yeni platformaların inşasında istifadə ediləcək. Qalan həcmləri isə xarici şirkətlər əldə edib. Yaxın aylarda istehsalı artırmaq nəzərdə tutulub.
Elektrokimyəvi məhsul olan qaynaq elektrodlarının istehsalında 17 komponentdən ibarət qarışıqdan istifadə edilir. Zavodda istehsal texnologiyasında pozuntuların qarşısını almaq məqsədilə İsveç avadanlığı quraşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR