Bank Of Baku

ABŞ-ın “Həkimlər-insan haqları uğrunda” Beynəlxalq Təşkilatı Əli İnsanovla bağlı Azərbaycan prezidentinə müraciət edib

ABŞ-ın “Həkimlər-insan haqları uğrunda” Beynəlxalq Təşkilatı Əli İnsanovla bağlı Azərbaycan prezidentinə müraciət edib
# 14 fevral 2007 11:00 (UTC +04:00)
ABŞ-ın “Həkimlər-insan haqları uğrunda” Beynəlxalq Təşkilatının prezidenti Holli G. Atkinson rəhbərlik etdiyi qurumun adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya məlumat verən sabiq nazirin vəkili Toğrul Babayev bildirib ki, Holli G. Atkinson müraciətində Ə. İnsanovun səhhətinin diqqətdə saxlanmasını, onun işi üzrə məhkəmə prosesinin obyektiv, qanunauyğun keçirilməsini xahiş edib. O, məhkəmənin sonunda Ə. İnsanovun azadlığa buraxılacağına ümid etdiyini bildirib. Müraciətin surətləri Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevə və ABŞ-ın Azərbaycandakı səfiri, xanım Ann Dersiyə də göndərilib.
Qeyd edək ki, Ə. İnsanov, Səhiyyə Nazirliyinin əczaçılıq və tibbi texnika şöbəsinin sabiq müdiri Akif Məhərrəmov, həmin şöbənin üç əməkdaşı - Eldar Rzayev, Hacı Əliyev, Şövqi Cəfərov, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin sabiq müdiri Aleksandr Umnyaşkin, nazirliyin büdcədənkənar tibbi xidmət şöbəsinin sabiq müdiri Vəkil Abbasov, nazirliyin digər əməkdaşları Fəxrəddin Abbasov, Pərviz Kazımov və Anar Namazovun işi üzrə məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabah başlayacaq. Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. Prosesə hakim Faiq Qasımov sədrlik edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR