Bank Of Baku

Sahibkarı öldürən sürücünün məhkəməsi başlayıb

Sahibkarı öldürən sürücünün məhkəməsi başlayıb
# 14 fevral 2007 11:31 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mansur İbayevin sədrliyi ilə “Fidan” MMC-nin təsisçisi Vilayət Mərdəliyevi qətlə yetirən 57 saylı marşrut avtobusunun sürücüsü Rüfət Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına əsasən “Fidan” MMC-yə məxsus 57 saylı marşrut avtobusunun sürücüsü olmuş R. Məmmədov digər sürücülərlə birlikdə ötən il iyunun 5-də cəmiyyətin təsisçisi Vilayət Mərdəliyevin yanına gedərək ödədikləri gündəlik planın məbləğinin azaldılmasını istəyib. O, tələbi şəhərdə körpülərin tikilməsi ilə bağlı yaranan tıxaclarla əlaqələndirib və əks halda tətil edəcəklərini bildirib. V. Mərdəliyev isə onlara deyib ki, işə çıxmaqdan boyun qaçıran və cəmiyyətin sərnişindaşıma fəaliyyətini pozan sürücülər işdən kənarlaşdırılacaq. Bundan əsəbiləşən R. Məmmədov sahibkarı bıçaqla qətlə yetirib.
İttiham aktı elan olunduqdan sonra təqsirləndirilən R. Məmmədov sərbəst ifadə verib. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli sayan R. Məmmədov V. Mərdəliyevi söyüş söyərək onu təhqir etdiyi üçün öldürdüyünü deyib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Qeyd edək ki, R. Məmmədov Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR