Bank Of Baku

Yol qəzasında 3 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Yol qəzasında 3 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb
# 14 fevral 2007 11:39 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlə üzrə Məhkəmədə hakim Rasim Sadıxovun sədrliyi ilə yol qəzası nəticəsində 3 nəfərin ölümünə səbəb olan Kamal Həmidovun məhkəməsi başlayıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına görə, hadisə 2006-cı il noyabrın 4-də, saat təxminən 21 radələrində 1 May-Horadiz yolunda baş verib. K. Həmidovun idarə etdiyi, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə məxsus ZİL-130 markalı avtomobil toy məclisindən qayıdan Füzuli rayon sakini Mehdi Qurbanovun idarə etdiyi VAZ-21074 markalı avtomobillə toqquşub. Nəticədə sürücü M. Qurbanov, sərnişinlər Səhər Əmirxanlı və Mətanət Həsənova hadisə yerində keçiniblər, digər sərnişinlər - Kəmalə Qurbanova və Mətləb Həsənov isə ağır bədən xəsarətləri alıblar. K. Həmidov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR