Bank Of Baku

Vahid Əhmədov: “Cəbhə bölgəsinə xidmət edən zabitlər üçün yaşayış binalarının tikilməsi təklifi Prezident Aparatında müzakirə olunur”

Vahid Əhmədov: “Cəbhə bölgəsinə xidmət edən zabitlər üçün yaşayış binalarının  tikilməsi təklifi Prezident Aparatında müzakirə olunur”
# 14 fevral 2007 12:06 (UTC +04:00)
Cəbhə bölgəsinə xidmət edən zabitlər üçün yaşayış binalarının tikilməsi ilə bağlı bir qrup millət vəkilinin müraciətinə Prezident Aparatında baxılır. Bu barədə APA-ya millət vəkili Vahid Əhmədov məlumat verib. Onun sözlərinə görə, deputatların cəbhə bölgəsinə səfərindən dərhal sonra ölkə prezidentinə müraciət edilib. Prezidentin bu istiqamətdə müsbət qərar qəbul edəcəyinə ümid edən millət vəkili zabitlər üçün yaşayış binalarının tikilməsini vacib hesab edib. Deputatların cəbhə bölgəsinə yenidən səfər edib-etməyəcəyinə gəldikdə, V. Əhmədov hələlik bu barədə millət vəkilləri arasında hər hansı müzakirənin aparılmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR