Bank Of Baku

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilən monitorinq insidentsiz ötüşüb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilən monitorinq insidentsiz ötüşüb
# 14 fevral 2007 12:06 (UTC +04:00)
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycanın Füzuli rayonun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk və Miroslav Vimetal, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfindən isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin və İmre Palatinus iştirak ediblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR