Bank Of Baku

Erməni əsirliyində olan Azərbaycan hərbçisi Samir Məmmədovun üçüncü məktubu bu gün ailəsinə çatdırılıb

Erməni əsirliyində olan Azərbaycan hərbçisi Samir Məmmədovun üçüncü məktubu bu gün ailəsinə çatdırılıb
# 14 fevral 2007 12:12 (UTC +04:00)
Bu gün səhər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları ermənilərin ötən il dekabrın 24-də əsir götürdüyü Azərbaycan Ordusunun hərbçisi Samir Nazim oğlu Məmmədovun üçüncü məktubunu ailəsinə çatdırıblar. Bu barədə APA-nın Qarabağ bürosuna hərbçinin qohumları məlumat veriblər. Hərbçi ailəsinə məktubunda bu sözləri yazıb: “Mən yaxşıyam. Mənim haqqımda çox da fikirləşməyin. Görünür, bu, mənim taleyimdir, alın yazımdır”.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə Bərdə Hərbi Komissarlığından çağırılıb. S.Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları indiyədək azərbaycanlı hərbçiyə 10 dəfə baş çəkiblər. Qurum əməkdaşları sonuncu dəfə əsirlə dünən görüşüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR