Bank Of Baku

Böyük Britaniya bankı adından saxta sənəd hazırlayan Nərimanov sakini barəsində cinayət işi başlanıb

Böyük Britaniya bankı adından saxta sənəd hazırlayan Nərimanov sakini barəsində cinayət işi başlanıb
# 14 fevral 2007 12:43 (UTC +04:00)
Özünü Türkiyənin Bursa şəhər Butim Ticarət Mərkəzində yerləşən “Erbatihanq Dış Ticarət və Danışmanlıq” şirkətinin nümayəndəsi kimi qələmə verən Nərimanov rayonu, H. Məmmədov küçəsi, ev 35-də yaşayan, 1948-ci il təvəllüdlü Saleh İmani barəsində cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, S. İmani Kazımzadə küçəsi 802-ci məhəllədə yerləşən “FRY İnşaatçı” MMC-yə 87 milyon ABŞ dolları kredit ayrılması və həmin məbləğin Böyük Britaniyanın banklarından birinin vasitəsilə köçürüləcəyi barədə şirkətin baş direktoru Ruslan Məmmədovla müqavilə bağlayıb. Qarşı tərəfi inandırmaq məqsədilə S.İmani həmin bankın adından R. Məmmədovun rəhbərlik etdiyi şirkətə faks göndərib. S. İmani çəkiləcək xərclər müqabilində qabaqcadan R. Məmmədovdan 120 min avro məbləğində haqq istəyib, həmin məbləğin R. Məmmədov tərəfindən mərkəzi poçt vasitəsilə təmsil etdiyi şirkətin adına keçirilməsinə nail olub. Onun bu qanunsuz hərəkəti ilə bağlı Nərimanov RPİ-yə şikayət ərizəsi daxil olandan sonra Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi açılıb. S. İmani barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib. Başlanmış cinayət işi üzrə istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR