Bank Of Baku

Ötən il Lənkəranda əhalinin təbii artımı çoxalıb

Ötən il Lənkəranda əhalinin təbii artımı çoxalıb
# 14 fevral 2007 12:45 (UTC +04:00)
2007-ci il yanvarın 1-nə qədər Lənkəran əhalisinin sayı 201806 nəfər olub. Bu barədə APA-nın cənub bürosuna rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2006-cı ildə Lənkəran əhalisinin sayı 1,1 faiz artıb. Əhalinin ümumi sayının 98685 nəfərini və ya 48,9 faizini kişilər, 103121 nəfərini və ya 51,1 faizini qadınlar təşkil edir. Əhalinin 40,4 faizi şəhər yerlərində 50,6 faizi kənd yaşayış məntəqələrində yaşayır. Ötən il rayonda 3646 körpə doğulub, 1271 nəfər, o cümlədən 10 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib. 2005-ci illə müqayisədə əhalinin hər 1000 nəfəri hesabı ilə doğulanların sayı 17,9-dan 18,1-ə, ölənlərin sayı 6,2-dən 6,3-ə, təbii artım isə 11,7-dən 11,8-ə qədər artıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR