Bank Of Baku

NATO təmsilçisi Xadassa Yakoboviç: “Azərbaycanın elm adamlarını bizimlə əməkdaşlığa çağırırıq”

NATO təmsilçisi Xadassa Yakoboviç: “Azərbaycanın elm adamlarını bizimlə əməkdaşlığa çağırırıq”
# 14 fevral 2007 12:49 (UTC +04:00)
Bakıda səfərdə olan NATO-nun informasiya və kommunikasiya şöbəsinin proqram direktoru doktor Xadassa Yakoboviç və NATO-nun ictimai diplomatiya şöbəsinin təmsilçisi Yetər Yaman “Avroatlantika mərkəzi”nə baş çəkiblər. Səfərlə bağlı APA-ya eksklüziv açıqlama verən Xadassa Yakoboviç rəhbərlik etdiyi proqramın əsas məqsədinin NATO ilə tərəfdaş ölkələr, o cümlədən Azərbaycan arasında əməkdaşlığı genişləndirmək olduğunu deyib. “Biz tərəfdaş ölkələrdə inkişaf və tədqiqatlarla bağlı layihələri dəstəkləyirik. Biz həmçinin əməkdaşlığı genişləndirəcək və bizim proqram çərçivəsində fəaliyyət göstərəcək müxtəlif layihələri maliyyələşdirə bilərik. Azərbaycanda bir neçə layihənin həyata keçirilməsində iştirak edirik. Bunlardan biri ətraf mühitlə bağlı olan “Melanj” layihəsidir. Bu layihənin icrasına ötən ilin iyulunda başlanılıb. Bizim proqram bu layihə çərçivəsində toksiki və kimyəvi tullantıların məhv edilməsi prosesini maliyyələşdirir. “Virtual Silk Highway” layihəsi çərçivəsində 9 ölkəyə peyk vasitəsilə internet bağlanma xidməti göstərilir. Bu layihə müxtəlif tədqiqat institutları arasında sıx əməkdaşlığı təmin edir, biz bu institutları müvafiq avadanlıqla təmin edir, treninqlər, seminarlar keçirik”. Yakoboviç əlavə edib ki, hazırda NATO-ya Azərbaycandan çoxlu sayda layihə daxil olub: “Yaxın zamanlarda bu layihələrin dəyərləndirilməsinə başlayacağıq. Biz Azərbaycanın elm adamlarını bizimlə əməkdaşlığa və yeni layihələr təqdim etməyə çağırırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR