Ziyafət Əsgərov: “NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının həyata keçirilməsində gecikmə yoxdur”
14 fevral 2007 14:29 (UTC +04:00)
Fevralın 12-dən Azərbaycanda olan NATO-nun qiymətləndirmə qrupu rəsmi Bakı ilə NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmə vəziyyətini qiymətləndirəcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib. Z. Əsgərov deyib ki, qiymətləndirmə qrupu prosesin birinci mərhələsində işlərin plan çərçivəsində getdiyini bəyan edib: “İPAP-ın həyata keçirilməsində heç bir gecikmə yoxdur. Qiymətləndirmə qrupu Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları və digər hərbi birləşmələrdə də vəziyyəti dəyərləndirəcək”.
Z. Əsgərov Azərbaycanın İPAP çərçivəsində üzərinə götürdüyü öhdəlikləri də sadalayıb: “Bunlar təlim-tədris prosesinin NATO standartlarına uyğunlaşdırılması, təhlükəsizlik strategiyası və hərbi doktrinanın hazırlanması, Silahlı Qüvvələrin tədricən NATO standartlarına uyğunlaşdırılması, mobil hərbi hissənin yaradılması, şəffaf planlaşdırma və büdcə sisteminin qurulması, bir hərbi aerodromun və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin modernləşdirilməsi, “Sülh Naminə Tərəfdaşlıq” Təlim Mərkəzinin təkmilləşdirilməsi və Silahlı Qüvvələrdə beynəlxalq humanitar hüququn tətbiq edilməsidir”. /APA/

Hadisə
Qubada çörək sexində yanğın baş verib - FOTO
23:16
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024