Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət orqanlarına işə qəbul üçün müsabiqə elan edib
14 fevral 2007 15:13 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında - Sənaye və Energetika Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. TQDK-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sənədlərin qəbulu bu gündən başlayaraq martın 16-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaq. Müsabiqə test imtahanı və söhbətdən ibarət olacaq. Test imtahanında namizədə Azərbaycan Respublikasının Konstitusiyasından, dövlət qulluğuna dair qanunvericiliyindən, kompüter biliklərindən, habelə məntiqi təfəkkürdən suallar veriləcək. İmtahanda mümkün baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab ediləcək və söhbətə buraxılacaq. /APA/
Hadisə
Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlər aşkarlanıb
10:45
7 may 2024
FHN: Ötən sutka 18 yanğına çıxış olub, 6 nəfər xilas edilib
10:42
7 may 2024
İsmayıllı-Qəbələ yolunda avtomobil ağaca çırpılıb - FOTO
10:24
7 may 2024
Bakıda avtomobili səkidə idarə edən sürücü həbs edilib - VİDEO
10:23
7 may 2024