Mətbuat Şurasının təşkilatçılığı ilə “Mətbuatın inkişafı ilə bağlı dövlət proqramı layihəsinin müzakirəsi” mövzusunda dəyirmi masa keçiriləcək
15 fevral 2007 12:35 (UTC +04:00)
Sabah Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Mətbuatın inkişafı ilə bağlı dövlət proqramı layihəsinin müzakirəsi” mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə APA-ya şuradan məlumat verilib. KİV rəhbərlərinin, tanınmış jurnalistlərin iştirak edəcəyi tədbirdə mətbuata dəstək, KİV-in büdcədən maliyyələşməsi və proqramda yer alan digər məsələlər müzakirə olunacaq. /APA/