Bank Of Baku

Uzun müddətdir, axtarışda olan Xaçmaz sakini Nanə Güləliyeva həbs olunub

Uzun müddətdir, axtarışda olan Xaçmaz sakini Nanə Güləliyeva həbs olunub
# 15 fevral 2007 12:43 (UTC +04:00)
Xaçmaz rayon polis şöbəsinin əməkdaşları uzun müddətdir, axtarışda olan rayon sakinini həbs ediblər. Bu barədə APA-ya Xaçmaz rayon polis şöbəsindən məlumat verilib. Məlumata görə, 2000-ci ildən axtarışda olan Güləliyeva Nanə Hüseyn qızı dünən saxlanılıb. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan N. Güləliyevə ayrı-ayrı şəxslərin etibarından sui-istifadə edərək onların külli miqdarda əmlakını mənimsəyib. Onun barəsində açılmış cinayət işi üzrə istintaq davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR