Bank Of Baku

Misir Mərdanov: “Gələn ilin dövlət büdcəsindən Gəncənin ali məktəblərinə ayrılan vəsaitin həcmi artırılacaq”

Misir Mərdanov: “Gələn ilin dövlət büdcəsindən Gəncənin ali məktəblərinə ayrılan vəsaitin həcmi artırılacaq”
# 15 fevral 2007 13:04 (UTC +04:00)
2007-ci ildə Gəncənin 8 böyük məktəbində əsaslı təmir işləri aparılacaq. APA-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri Gəncədə təhsil işçilərinin iştirakı ilə keçirilən müşavirədə təhsil naziri Misir Mərdanov söyləyib.
Onun sözlərinə görə, təmir olunacaq məktəblərin hamısı müasir avadanlıqlarla təmin ediləcək. Bundan əlavə 5 məktəbin maddi-texniki bazasının yenilənməsi nəzərdə tutulur. Ümumilikdə il ərzində Gəncədə əsaslı təmir olunan bütün məktəblərdə istilik sistemi qaydasına salınacaq. Misir Mərdanov gələn ilin dövlət büdcəsində Gəncədə fəaliyyət göstərən ali məktəblərə ayrılan vəsaitin həcminin artırılacağını deyib. “Bakıda fəaliyyət göstərən ali məktəblərdə ödənişli yolla təhsil alan tələbələrin sayı çoxdur, ona görə də bu ali məktəblərdə büdcədən kənar vəsaitin miqdarı da çox olur. Bakıda yerləşən ali məktəblərin maddi-texniki bazasında, avadanlıqlarında demək olar ki, ciddi problem yoxdur. Müəllimlərin əmək haqlarında da elə ciddi problem yoxdur. Ancaq Gəncədəki ali məktəblər belə imkanlara malik deyillər. Hesab edirəm ki, 2008-ci ildə dövlət investisiya xərclərində Gəncənin ali məktəblərinə müəyyən qədər vəsait ayrılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR