Bank Of Baku

Cəlilabadda gəmiricilər taxıl sahələrini məhv edir

Cəlilabadda gəmiricilər taxıl sahələrini məhv edir
# 17 fevral 2007 09:10 (UTC +04:00)
Belə ağır vəziyyətin artıq bir aydır, davam etdiyini deyən yerli fermerlər APA-nın cənub bürosuna bildiriblər ki, gəmiricilər 8 min hektara yaxın əraziyə yayılaraq, taxıl sahələrinin böyük bir hissəsini məhv edib. Onlar ziyanvericilərin qarşısını olmaqda çətinlik çəkdiklərini, bunun üçün dövlət səviyyəsində kompleks tədbirlər görülməsinin vacibliyini vurğulayıblar.
Cəlilabad Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Füzuli Qubadov da APA-nın cənub bürosuna vəziyyətin həqiqətən də ciddi xarakter aldığını, bununla bağlı respublika Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunduğunu bildirib. F. Qubadovun sözlərinə görə, nazirlik siçanabənzər gəmiricilərlə mübarizə məqsədilə rayona cəmi 130 kq kimyəvi dərman preparatı göndərib ki, bu da tələbatdan üç dəfə azdır: “Fermerlər isə məcburiyyət qarşısında qara zəhərdən istifadə edirlər”. F.Qubadovun fikrincə, qara zəhər bütün canlılar üçün təhlükə sayıldığından ondan istifadə yolverilməzdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR