Bank Of Baku

Güclü sel Astarada dağıntılar törədib

Güclü sel Astarada dağıntılar törədib
# 19 fevral 2007 08:36 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, Talış dağlarından gələn güclü sel rayonun Vaqü və Siyəkü kəndlərini birləşdirən 12 metrlik dəmir konstruksiyalı körpünü dağıdaraq 15 yaşayış məntəqəsinin rayon mərkəzinə əlaqəsini müvəqqəti məhdudlaşdırıb. Sel suları, həmçinin, rayonun Təngərüd kənd orta məktəbinin daş hasarını uçurub, Kijəbə qəsəbəsində isə 10-dan çox fərdi yaşayış evinin həyətyanı sahəsi su altında qalıb. Yerli sakinlər son 10 il ərzində bu cür şiddətli yağışın şahidi olmadıqlarını bildiriblər.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayonun icra strukturları, fövqəladə hallar komissiyasının üzvləri, müvafiq idarə və təşkilatlar səfərbər olunub, qəza yerinə tikinti materialları, texnika və mexanizm gətirilib. Nəqliyyat Nazirliyinin Lənkərandakı Yol-Körpü Tikintisi İdarəsinin işçilərinin gördüyü tədbirlər nəticəsində saat 19.00 radələrində körpüdə hərəkət bərpa olunub.
Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar üzrə komissiyanın sədri Məzaim Hüseynov APA-nın cənub bürosuna bildirib ki, körpünün bərpası və bərkitmə işləri bu gün də davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR