Bank Of Baku

Xidməti silahı ilə qonşusunu qətlə yetirən Gəncə polisi Vüqar Orucov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib

Xidməti silahı ilə qonşusunu qətlə yetirən Gəncə polisi Vüqar Orucov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib
# 19 fevral 2007 09:11 (UTC +04:00)
Bir necə gün öncə xidməti silahı ilə qonşusunu qətlə yetirən Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüqar Orucov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bununla bağlı Kəpəz rayon Məhkəməsi qərar qəbul edib. Bu barədə APA-ya işi aparan Gəncə şəhər Prokurorluğunun müstəntiqi Elşən Məmmədov məlumat verib. E.Məmmədov bildirib ki, istintaq zamanı hələlik yeni sübutlar qeydə alınmayıb, ona görə də Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi davam etdirilir.
Qeyd edək ki, fevralın 14-ü axşam 20.00 radələrində V.Orucov xidməti silahından ehtiyatsız davrandığına görə qonşusu Rüfət Allahverdiyevi öldürüb. Hadisə çayxanaların birində baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR