Bank Of Baku

20 yaşlı Xaçmaz sakini meşədə asılı vəziyyətdə tapılıb

20 yaşlı Xaçmaz sakini meşədə asılı vəziyyətdə tapılıb
# 19 fevral 2007 09:22 (UTC +04:00)
Xaçmaz rayonunun Ləcəd kənd sakini intihar edib. APA-nın şimal bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü Fətəliyev Namiq Asali oğlu meşədə asılı vəziyyətdə tapılıb. Hadisənin səbəbi hələlik dəqiqləşdirilməsə də, intiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. İlkin məlumatlara görə, N. Fətəliyevin valideynləri ayrılıblar. Hadisə baş verən gün N. Fətəliyev Qusarda yaşayan anasının yanından qayıdıb. İntiharın səbəbini müəyyənləşdirmək üçün məhkəmə tibb ekspertizası təyin olunub. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR