Bank Of Baku

Ermənistan sərhədçilərinin həbs etdiyi Gürcüstan vətəndaşı olan 3 azərbaycanlı azadlığa buraxılıb

Ermənistan sərhədçilərinin həbs etdiyi Gürcüstan vətəndaşı olan 3 azərbaycanlı azadlığa buraxılıb
# 19 fevral 2007 09:43 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, soydaşlarımızın azad olunması üçün heç bir şərt irəli sürülməyib. Azad edildikdən sonra da onlara heç bir cəza tətbiq edilməyib. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elxan Poluxov isə APA-ya bildirib ki, azərbaycanlılar Gürcüstan Xarici İşlər Nazirliyinin, Sərhəd Xidmətinin və Ombudsmanının müdaxiləsindən sonra azadlığa buraxılıblar. Ermənistan tərəfi onların azad olunması üçün heç bir tələb irəli sürməsə də, şifahi şəkildə xəbərdarlıq edib ki, belə hal təkrarlansa, Gürcüstan vətəndaşı olan azərbaycanlılar geri qaytarılmayacaq.
Qeyd edək ki, Ermənistan sərhədçiləri Marneuli rayonunun Təzəkənd kəndinin sakinləri Mehman Əsgərovla Kamandar Mustafayevi fevralın 7-də, Sadaxlı kəndinin sakini Hüseyn Məmmədovu isə fevralın 10-da saxlamışdılar. Noyemberyan rayonu ərazisində ağac kəsərkən saxlanılan Mehman Əsgərovla, Kamandar Mustafayev sərhədi qanunsuz keçməkdə və ağac kəsməkdə təqsirləndirilirdilər. Hüseyn Məmmədov isə Marneuli rayonu ilə Noyemberyan rayonun sərhədində, Gürcüstanla Ermənistan arasındakı mübahisəli ərazidə tutulduğundan ona konkret heç bir ittiham irəli sürülməmişdi.
Onu da əlavə edək ki, Ermənistan sərhədçiləri fevralın 10-da mübahisəli zonada odun toplayan Sadaxlı kəndinin iki sakini də həbs etmək istəyiblər. Həmin şəxslər ər-arvad olublar. Saxlanılan vaxt onları mobil telefon vasitəsilə kəndlə əlaqə saxlaya biliblər. Nəticədə Marneuli rayonunun rəhbərliyi və polis rəisinin müdaxiləsi nəticəsində ermənilərin ər-arvadı saxlamasının qarşısı alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR