Bank Of Baku

Şaxtalı və soyuq hava şəraiti ilə əlaqədar Bakıda 17 yol qəzası qeydə alınıb

Şaxtalı və soyuq hava şəraiti ilə əlaqədar Bakıda 17 yol qəzası qeydə alınıb
# 19 fevral 2007 12:16 (UTC +04:00)
Dünən paytaxtda şaxtalı və soyuq hava şəraiti ilə əlaqədar olaraq 17 yol qəzası qeydə alınıb. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədov bildirib ki, qəzalar səriştəsiz sürücülər tərəfindən törədilib. Hadisələrin böyük qismi Yasamal rayonunda baş verib. Belə ki, ötən gün Yasamalda 9 hadisə baş verib. Qəzalar zamanı ölüm və xəsarət qeydə alınmayıb. Ötən gün qeydə alınan qəzaların hamısı maddi ziyanla nəticələnib. V. Əsədov bildirib ki, şaxtalı hava şəraiti ilə əlaqədar paytaxtda maddi ziyanla nəticələnən yol qəzaları qeydə alınandan daha çoxdur. Müəyyən qisim qəzalarla bağlı sürücülər öz aralarında razılığa gəldiyindən, hadisələrlə bağlı yol polisi idarələrinə müraciət olunmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR