Bank Of Baku

Fevralın 21-də Azərbaycanda ilk dəfə Beynəlxalq Ana Dili Günü qeyd ediləcək

Fevralın 21-də Azərbaycanda ilk dəfə Beynəlxalq Ana Dili Günü qeyd ediləcək
# 19 fevral 2007 12:58 (UTC +04:00)
UNESCO Baş Konfransı tərəfindən 1999-cu ilin noyabrında elan olunmuş Beynəlxalq Ana Dili Günü Azərbaycanda ilk dəfə olaraq bu il fevralın 21-də qeyd ediləcək. Bu münasibətlə BMT İctimai İnformasiya Departamenti, UNESCO və Bakı Atatürk Mərkəzi dəyirmi masa keçirəcək. Tədbirdə parlamentin, Təhsil və Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri, dilçi alimlər və akademik dairələri təmsil edən digər şəxslər iştirak edəcəklər. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, dünyada mövcud olan 6000 dilin 50 faizi tamamilə yoxa çıxmaq təhlükəsi qarşısındadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR