Bank Of Baku

Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq komandir müavini Rasim Muradov mətbuat konfransı keçirib

Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq komandir müavini Rasim Muradov mətbuat konfransı keçirib
# 19 fevral 2007 14:19 (UTC +04:00)
Bu gün Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarətinin Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov Müdafiə Nazirliyi Mühafizə Briqadasının sabiq komandir müavini, polkovnik-leytenant Rasim Muradovun hüquqlarının müdafiəsi ilə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Məmmədov R. Muradova qarşı təzyiqlərin davam etdiyini bildirib. R. Muradovun hərbi hissədə baş verən özbaşınalıqları ictimaiyyət qarşısına çıxarmaqla problemlərin qarşısını almaq istədiyini deyən mərkəz direktoru özbaşınalıqların araşdırılması üçün Hərbi Prokurorluğa müraciət ediləcəyini vurğulayıb: “Məsələnin gələn həftənin sonunadək həll olunmayacağı halda, Rasim Muradov aclıq aksiyasına başlayacaq. Hərbi hissədə araşdırmalar aparılmalı və Rasim Muradovun hüquqları bərpa olunmalıdır”.
Tədbirdə iştirak edən R. Muradov çıxışında xidmət etdiyi 9 il müddətində ədalət prinsiplərinə nail olmaq üçün çalışdığını bildirib. Onun sözlərinə görə, apardığı mübarizə yuxarı rütbəli rəislərin əməllərinə maneçilik törətdiyindən, ona qarşı təzyiqlər edilməyə başlayıblar. Hərbi hissədə baş verən özbaşınalıqlarla bağlı Müdafiə Nazirliyinə müraciət etdiyini deyən R. Muradov heç bir tədbir görülmədiyini bildirib: “Qanunsuzluqlara qarşı çıxdığımdan, heç bir nöqsanım olmadan xidmətimi Naxçıvan korpusunda eyni vəzifədə davam etdirməyə göndərilmişəm”. R. Muradov qanunsuzluqlarla bağlı araşdırmaların təzələnməsi üçün hərbi prokurorun qəbulunda olacağını vurğulayıb: “Bu şərait davam edərsə, xidmət etməyimə lüzum görmürəm. Ədalətsizlik və özbaşınalıqlarla irəli getmək olmaz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR