Bank Of Baku

Rafiq Tağı və Samir Sədaqətoğlu barəsindəki cinayət işi hakim Məhəmmədəli Zülfüqarovun icraatına verilib

Rafiq Tağı və Samir Sədaqətoğlu barəsindəki cinayət işi hakim Məhəmmədəli Zülfüqarovun icraatına verilib
# 19 fevral 2007 14:20 (UTC +04:00)
Yazar Rafiq Tağı və “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu barəsindəki cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinin hakimi Məhəmmədəli Zülfüqarovun icraatına verilib. Bu barədə APA-ya Nəsimi rayon məhkəməsinin sədri Ələddin Cəfərov bildirib. İş hakimin icraatına yeni verildiyindən cinayət işi üzrə hazırlıq iclasının vaxtı hələlik müəyyənləşdirilməyib.
Qeyd edək ki, R. Tağı və S. Sədaqətoğlu barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə cinayət işi başlanmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR