Binə qəsəbəsində ölümlə nəticələnmiş yanğın baş verib
19 fevral 2007 16:04 (UTC +04:00)
Bu gün saat 17:07 radələrində Əzizbəyov rayonu Binə qəsəbəsi 21/46-cı məhəllə ev 27 ünvanında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsindən APA-ya daxil olan məlumata görə, yanğın saat 17:36-da söndürülüb. Yanğın nəticəsində 1939-cu il təvəllüdlü Lavrin Anatoli Viktoroviçə məxsus 2 otaqlı mənzilin mətbəx və dəhlizinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı mətbəxdə ev sahibinin Lavrin Anatoli Viktoroviçin meyiti aşkar olunub. Yanğından otaqlar mühafizə olunub. Dəyən ziyan müəyyənləşdirilir. Hadisə ilə əlaqədar Əzizbəyov rayon prokurorluğu tərəfindən araşdırma aparılır. /APA/
Hadisə
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
07:42
4 may 2024
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024