Gəncədə oğurluqda təqsirli bilinən qrup yaxalanıb
20 fevral 2007 08:41 (UTC +04:00)
Fevralın 18-də Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda təqsirli bilinən qrup yaxalanıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Polis İdarəsinin müstəntiqi Siyavuş Sadıxov məlumat verib. Onun sözlərinə görə, fevralın 17-də Zülfü Hacıyev küçəsi-77 ünvanında yaşayan Dürdanə Quliyeva evindən bir neçə əşyanın oğurlanması ilə bağlı şöbəyə şikayət edib. Ertəsi gün əməliyyatçılar isti izlərlə hadisəni törədənləri yaxalayıblar. Bunlar 1986-cı il təvəllüdlü Sərvan Qəzənfər oğlu Hüseynov, 1989-cu il təvəllüdlü Eldar Namiq oğlu Bədirov və onun həmyaşıdı Elnur Nazim oğlu Qurbanovdur. Müstəntiqin sözlərinə görə, qrupun 4-cü üzvü barədə axtarış tədbirləri həyata keçirilir və yaxın günlərdə onun da tutularaq məsuliyyətə cəlb olunması təmin olunacaq.
İlkin dindirmə zamanı azyaşlılar törətdikləri cinayəti etiraf ediblər. Sərvan Hüseynov qeyd edib ki, qonşusu Dürdanə Quliyevanın evində qalmadığını bilərək dostları ilə həmin evə girməyi qərara alıblar və Sərvanın evlərindən gətirdiyi çəkiclə qıfılı sındıraraq otağa daxil olublar. Saxlanılanların sözlərinə görə, onlar evdən 3 ədəd böyük ölçüdə xalça oğurlayıblar. Lakin evin sahibəsi şikayət ərizəsində başqa ev əşyalarının da oğurlandığını bildirib. Sübut kimi polislər tərəfindən oğurlanan xalçalar götürülüb. Faktla bağlı cinayət işi açılıb. Günahları tam sübuta yetirilsə, saxlanılanları 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. /APA/

Hadisə
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
03:29
2 may 2024
Babəkdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
02:20
2 may 2024
Bakıda idarəetmədən çıxan avtomobil səkiyə çırpılıb, xəsarət alanlar var - FOTO
00:53
2 may 2024
Naxçıvan Dövlət Universitetinin fəlsəfə doktoru vəfat edib
23:35
1 may 2024